Xəzər Xəbər

Həbib Dağıstanın ali mükafatını aldı

İdman | 21:12 • 6 Noyabr 2018
Həbib Dağıstanın ali mükafatını aldı

Həbib Nurməhəmmədov atası Əbdülmanapla birlikdə "yüksək idman nailiyyətlərinə görə” mükafatına layiq görülüblər.

Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyevin göstərişi ilə UFC çempionu Həbib Nurməhəmmədov atası Əbdülmanapla birlikdə "yüksək idman nailiyyətlərinə görə” mükafatına layiq görülüblər.

Həbib həmçinin, respublikanın ali mükafatı sayılan "Dağıstan Respublikasına xidmətlərinə görə” ilə təltif olunub.

"Həbib Dağıstanın qüruru, Rusiyanın fəxridir. İndi, ehtimal ki, Rusiyada ən məşhur baş geyimi – papaqdır. Çox təşəkkür edirəm”, - deyə Vasilyev Mahaçqalada keçirilən mükafatlandırma mərasimində bildirib. (qafqazinfo)

Xəbər lenti