Xəzər Xəbər

“Barselona”nın istədiyi 23 yaşlı forvard

İdman | 17:08 • 6 Noyabr 2018
“Barselona”nın istədiyi 23 yaşlı forvard

Fransanın "Lill” klubun futbolçusu Nikolas Pepe qışda komandadan ayrıla bilər.


23 yaşlı futbolçu Avropa nəhənglərinin diqqət mərkəzindədi.


İddia olunur ki, onu "Barselona", "Arsenal", "Bavariya" və Dortmund "Borussiya”sı kimi böyük klublar istyir. Futbolçunun sərbəst qalma qiyməti 50 milyon avrodu.


Qeyd edək ki, Pepe 2017-ci ildə "Anje"dən "Lill"ə 10 milyon avroya transfer olunub. 23 yaşlı forvard cari mövsümdə keçirdiyi 13 rəsmi matçda 8 qol vurub və 7 məhsuldar ötürmə edib.


Fanat.Az

Xəbər lenti