Xəzər Xəbər

"Barselona"nın yeni müdafiəçi planı: siyahıda 8 futbolçu var

İdman | 16:14 • 6 Noyabr 2018
"Barselona"nın yeni müdafiəçi planı:

Tomas Vermalen və Samuel Umtitinin sıradan çıxması "Barselona”nın yeni müdafiəçi axtarışına çıxmasının şərtləndirib.

 

Kataloniya təmsilçisi yanvarda mərkəz müdafiəçisi almaq niyyətindədi.


Baş məşqçi Ernesto Valverde siyahını artıq rəhbərliyə təqdim edib. İspaniya nəhənginin ilk hədəfi "Çelsi”nin üzvü David Luizdi. Bundan başqa Branislav İvanoviç ("Zenit”), Benedikt Hövedes və Vedran Çorluka (hər ikisi "Lokomotiv”) da gündəmdə olan oyunçulardı.


Həmçinin Medhi Benatia ("Yuventus”), Dante ("Nitsa”), Adil Rami ("Marsel”) və Joze Fonte ("Lill”) alternativlər arasındadı.

 

Fanat.Az

Xəbər lenti