Xəzər Xəbər

Nə Neymar, nə Salah Kamerunlu futbolçu "dünyanın ən bahalısı" oldu

İdman | 15:40 • 6 Noyabr 2018
Nə Neymar, nə Salah

"CIES Football Observatory” şirkəti dünyanın ən bahalı futbolçularının adlarını açıqlayıb.

Dünyanın ən bahalı birinci futbolçusu "Paris Sen-Jermen” klubunun 19 yaşlı hücumçusu Kilian Mbappedir.

Eyni zamanda, Fransa yığmasında da forma geyinən Mbappenin dəyəri 216,5 milyon avrodur.

İkinci yerdə "Tottenhem”də çıxış edən Harri Keyn qərarlaşıb.

Onun qiyməti isə 197,3 milyon avro qoyulub. Üçüncü yerin sahibi "Barselona”nın əfsanəsi Lionel Messidir. Messi 170, milyon avro dəyərində qiymətləndirilib.

Xəbər lenti