Xəzər Xəbər

Matteus: "Bavariya" "Borussiya"ya uduzsa, Kovaç istefa verməlidir"

İdman | 14:43 • 6 Noyabr 2018
Matteus: "Bavariya" "Borussiya"ya uduzsa, Kovaç istefa verməlidir"

Almaniya futbolunun əfsanəsi Lotar Matteus həftəsonu Almaniya Bundesliqasında keçiriləcək "Borussiya" (Dortmund) - "Bavariya" oyunu barədə fikirlərini bölüşüb.

57 yaşlı veteran futbolçu Münhen klubunun baş məşqçisi Niko Kovaçı tənqid edib. Şərhçilik edən Matteus "Bavariya"nın "Borussiya"ya uduzacağı halda, Niko Kovaçın istefa verməli olduğunu deyib: "Əgər "Borussiya" "Bavariya"ya qalib gəlsə, Kovaçın komandada qalmasını istəmirəm. Əgər Kovaç derbini uduzsa, getməlidir".

Qeyd edək ki, "Bavariya" Bundesliqanın turnir cədvəlində 20 xalla 2-ci, "Borussiya" 24 xalla 1-cidir.


Xəbər lenti