Xəzər Xəbər

Konte `Çelsi`dən 23 milyon tələb edir

İdman | 14:38 • 6 Noyabr 2018
Konte `Çelsi`dən 23 milyon tələb edir

"Çelsi"nin sabiq baş məşqçisi Antonio Kontenin London klundan istədiyi təzminatın məbləği məlum olub.

Qol.az- "La Gazzetta dello Sport"a istinadən yaydığı xəbərə görə, italiyalı mütəxəssis vaxtından əvvəl istefaya göndərildiyi üçün "zadəganlar"dan 23 milyon avro tələb edir. Ancaq "Çelsi" rəhbərliyi Kontenin tələbi ilə razılaşmır.

Üstəlik klubun vəkilləri çalışdırıcını bəzi öhdəliklərini yerinə yetirməməkdə günahlandırır. Onlar iddia edirlər ki, Konte komandanın sükanı arxasında olarkən paytaxt təmsilçisinin tərəfdaşları ilə olan sponsorluq öhdəliklərini pozur, həmçinin öz şəxsi avtomobilini bazanın yaxınlığında nəzərdə tutulan dayanacada park etmir və tez-tez mətbuat konfranslarına gecikirdi.

Qeyd edək ki, mövsümün əvvəlində Konteni istefaya göndərən "Çelsi" onun əvəzinə Mauritsio Sarrini baş məşqçi təyin edib.

Xəbər lenti