Xəzər Xəbər

AFFA `Keşlə` və `Sumqayıt`ı cəzalandırdı

İdman | 14:29 • 6 Noyabr 2018
AFFA `Keşlə` və `Sumqayıt`ı cəzalandırdı

AFFA İntizam Komitəsi "Keşlə"nin yarımmüdafiəçisi Samir Məsimov və "Səbail"in müdafiəçisi Şəhriyar Rəhimovu bir oyunluq cəzalandırıb.

Məsimov Azərbaycan Premyer Liqasının VII turundan təxirə salınmış "Qarabağ"la matçda (1:1) qırmızı vərəqə alıb. 88-ci dəqiqədə meydandan qovulan 23 yaşlı yarımmüdafiəçinin klubu isə 200 manat cərimə olunub. O, artıq cəzasını X turda "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları görüşdə çəkib.

Rəhimov Premyer Liqanın X turunda "Zirə" ilə qolsuz heç-heçə etdiləri qarşılaşmada qırmızı vərəqə alıb. 29 yaşlı müdafiəçi 60-cı dəqiqədə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılıb. Buna görə "Səbail" klubu 200 manat məbləğində cərimələnib. Təcrübəli futbolçu noyabrın 10-da "Sabah"la səfər oyununu buraxmalı olacaq.

Xəbər lenti