Xəzər Xəbər

Messi məşqlərə çıxdı Bu gün "İnter"ə qarşı oyuna çıxa bilər

İdman | 14:22 • 6 Noyabr 2018
Messi məşqlərə çıxdı

"Barselona" qələbə çalacağı təqdirdə növbəti mərhələyə adlayacaq

Xəbər verildiyi kimi bu gün futbol üzrə Çempionlar Liqasının B qrupunda 4-cü turun oyunları çərçivəsində Milanın "İnter"i Barselona şəhərinin eyni adlı klubunu gecə saat 00.00-da qəbul edəcək. "San-Siro" stadionunda keçiriləcək matç öncəsi argentinalı futbolçu Lionel Messi məşqlərə çıxıb.

Bir müddət öncə sağ qolu qırılan Messinin bu gün əsas heyətdə oynayacağı gözlənilir.

Ancaq əldə edilən son məlumatlara görə, baş məşqçi onu əsas heyətə salmayıb.

Ehtimal olunur ki, matçın gedişatı zamanı Messinin oyuna qatılıb-qatılmayacağı bəlli olacaq.

Xatırladaq ki, katalonlar ilk görüşdə 2-0 hesabı ilə qələbə qazanıblar. Topları "İnter"in qapısından Rafinya və Alba keçirib.

"Barselona" qələbə çalacağı təqdirdə növbəti mərhələyə adlayacaq.

AzNews.az

Xəbər lenti