Xəzər Xəbər

İtaliya A Seriyasının 11-ci turuna yekun vurulub - NƏTİCƏLƏR

İdman | 09:04 • 5 Noyabr 2018
İtaliya A Seriyasının 11-ci turuna yekun vurulub -

Noyabrın 4-də İtaliya A Seriyasının 11-ci turuna yekun vurulub.


Xezerxeber.az xəbər verir ki, turun sonuncu qarşılaşması "Daçia Arena”da keçirilib. "Milan” "Udineze”nin qonağı olub. Görüş "rossoneri”lərin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunun taleyini həll edən qol qarşılaşmanın 97-ci dəqiqəsində vurulub. "Milan” klubunun kapitani Alesio Romanyoli əks hücum zamanı müdafiəçilərin səhvini bağışlamayıb. Bu gənc müdafiəçinin artıq ikinci həlledici qolu olub.


Xatırladaq ki, çempionatın 10-cu turunda "Genoa” ilə oyunda A.Romanyoli sonuncu dəqiqələrdə vurduğu qolla milanlılara qələbə qazandırıb (2:1).


"Milan” ardıcıl üçüncü qələbəsini qazanaraq turnir cədvəlində dördüncü yerini qoruyub saxlayıb.


İtaliya A Seriyasının 12-ci turunda "Milan" doğma meydanda "Yuventus” klubunu qəbul edəcək. "Udineze" isə səfərdə "Empoli"nin qonağı olacaq.


Turun digər oyunlarında növbəti nəticələr qeydə alınıb:


"Napoli"-"Empoli" - 5:1


"İnter"-"Genoa" - 5:0


"Fiorentino"-"Roma" - 1:1


"Yuventus"-"Kalyari" - 3:1


"Lazio"- SPAL- 4:1


"Kyevo"-Sassuolo" - 0:2


"Parma"-"Frosinone" - 0:0


"Sampdoriya"-"Torino" - 1:4


"Bolonya"-"Atalanta" - 1:2.

Xəbər lenti