Xəzər Xəbər

Qurban Qurbanov: Müəyyən səhvləri nəzərə almasaq, komandanın oyunundan razı qaldım

İdman | 14:38 • 4 Noyabr 2018
Qurban Qurbanov: Müəyyən səhvləri nəzərə almasaq, komandanın oyunundan razı qaldım

Müəyyən səhvləri nəzərə almasaq, komandanın oyunundan razı qaldım. "Sumqayıt” klubunun baş məşqçisi Nazim Süleymanova öz işində uğurlar arzulayıram.


Bu sözləri "Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 10-cü turunda "Sumqayit” ilə oyundan sonra təşkil olunmuş mətbuat konfransinda deyib.


Təcrübəli mütəxəssis bildirib ki, "Qarabağ” öz oyun üslubunu tam qaydasına salıb: "Oyunda çox gərginlik var idi. Bu qələbədən sonra rahatlaşmaq olmaz. Çempionatda qarşıdakı matçlar daha ağır olacaq. Futbolçuların bugünkü oyunu məni razı saldı. Futbolçularımı və azarkeşlərimizi təbrik edirəm”.


Qurban Qurbanov həmçinin UEFA Avropa Liqasının 4-cü turunda Ukraynanın "Vorskla” klubu ilə oyundan da, danışıb: "Biz vicdanla işləməyə, azarkeşlərimizi sevindirməyə çalışırıq. Bəzən alınmır, çatışmazlıqlar olur. Amma həmişə yaxşı nəticə qazanmaq, Qarabağın adını, Azərbaycanımızın adını yüksəkliklərə qaldırmağa çalışırıq. Uduzanda hamıdan çox bizə pis təsir edir. Biz yaxşı oyun və uğurlu nəticə üçün Ukraynaya gedəcəyik. Futbolçuları bu ağır görüşdən yaxşı çıxarmağı düşünürük. Bəzən bunlar zədəyə gətirib çıxardır. Amma əlimizdən gələni edirik və edəcəyik”. (AZƏRTAC)

Xəbər lenti