Xəzər Xəbər

Layiqli qələbə qazandıq - “Neftçi”nin baş məşqçisi

İdman | 10:50 • 4 Noyabr 2018
Layiqli qələbə qazandıq -

Bu gün layiqli qələbə qazandıq. Bu oyunda bütün futbolçularımız əzmkar oynadılar, qələbə istəklərini göstərdilər. Buna görə də komandanı təbrik edirəm. İstifadə edə bilmədiyimiz qol vəziyyətlərimiz də oldu. Bununla belə, bu cür meydanda çox yaxşı oyun nümayiş etdirdik.


AZƏRTAC xəbər verir ki, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasının 10-ci turunda "Keşlə" ilə oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.


İtaliyalı mütəxəssis bildirib ki, Rəhman Hacıyevin öz mövqeyindəki çıxışı onu qane edib. "O, iti ötürmələr edə bilirdi. Hücuma qoşulmaqda da özünü yaxşı göstərdi. Onun oyunundan razıyam, sadəcə, son nöqtəni qoya bilmirdi. Bir neçə qol epizodundan istifadə edə bilməsək də, əsas odur ki, qələbə hesabını qoruduq. Şərt o deyil ki, hər oyunu 2-3 top fərqi ilə öndə bitirək. Ümumilikdə, komandamızdan çox razıyam. Yaydan bu tərəfə çox böyük artım var. Futbolçuların hər birindən, həmçinin ehtiyatda olan futbolçulardan da razıyam”,-deyə Roberto Bordin vurğulayıb. bildirən.


R.Bordin baxışda olan 21 yaşlı qvineyalı mərkəz yarımmüdafiəçisi Mamadu Kane ilə bağlı da fikirlərini bölüşərək deyib: "Məşqlərdə özünü yaxşı tərəfdən göstərir, adaptasiyası da yaxşı gedir. Onunla bağlı qərar vermək üçün kifayət qədər vaxtımız var”.

Xəbər lenti