Xəzər Xəbər

“Neftçi” səfərdə “Keşlə” klubunu məğlub edib

İdman | 09:08 • 4 Noyabr 2018
“Neftçi” səfərdə “Keşlə” klubunu məğlub edib

Noyabrın 3-də Azərbaycan Premyer Liqasının 10-cu turuna start verilib.


Xezerxeber.az xəbər verir ki, turun açılış oyununda "ASK Arena”da lider "Neftçi” klubu "Keşlə”nin qonağı olub. Görüş "flaqman"ın minimal hesabla qələbəsi ilə başa çatıb - 1:0. Oyunda yeganə qolu 2-ci dəqiqədə Mirabdulla Abbasov qapıdan keçirib. O, Dario Frederikonun ötürməsindən sonra oyunun taleyini həll edən qolu vurub. Bu gənc hücumçunun Premyer Liqada vurduğu dördüncü qolu olub.


Birinci dövrədə bu komandalar arasındakı ilk görüş "flaqman”ın qələbəsi ilə başa çatmışdı – 2:0.


Bu qələbədən sonra "Neftçi” xallarını 25-ə çatdıraraq turnir cədvəlində liderliyi qoruyub. "Keşlə" isə 6 xalla yeddinci yerdədir.

Xəbər lenti