Xəzər Xəbər

“Arsenal” - “Liverpul” oyununda qalib müəyyənləşməyib

İdman | 09:08 • 4 Noyabr 2018
“Arsenal” - “Liverpul” oyununda qalib müəyyənləşməyib

Noyabrın 3-də İngiltərə Premyer Liqasının 11-ci turuna start verilib.


Xezerxeber.az xəbər verir ki, turun mərkəzi qarşılaşması Londonda oynanılıb. "Arsenal" "Liverpul" klubunu qəbul edib. Oyuna hər iki hücumlarla başlayıb. Buna baxmayaraq, birinci hissədə hesab açılmayıb.


Fasilədən sonra daha üstün oyun nümayiş etdirən qonaqlar matçın 61-ci dəqiqəsində hesabı açıb. Qapıçının qaytardığı topu Ceyms Milner qüvvətli zərbə ilə qapıdan keçirib - 0:1. Qarşılaşmanın əsas vaxtının başa çatmasına səkkiz dəqiqə qalmış Aleksandr Lakazzet hesaba tarazlıq gətirib - 1:1. Görüş bu hesabla da başa çatıb.


Turun digər oyunlarında bu nəticələr qeydə alınıb:


"Bournemouth"-"Mançester Yunayted" - 1:2


"Kardiff"-"Lester Siti" - 0:1


"Everton"-"Brighton" - 3:1


"Nyukasl"-"Vatford" - 1:0


"Vest Ham"-"Burnley" - 4:2.

Xəbər lenti