Xəzər Xəbər

"Barselona" səfərdə, "Real Madrid" isə doğma meydanda qələbə qazanıb

İdman | 09:07 • 4 Noyabr 2018
"Barselona" səfərdə, "Real Madrid" isə doğma meydanda qələbə qazanıb

Noyabrın 3-də İspaniya La Liqasında 11-ci turun oyunları keçirilib.


Xezerxeber.az xəbər verir ki, "Real Madrid" klubu "Santyaqo Bernabeo" stadionunda "Real Valladolid" komandasını qəbul edib. Görüş "Real Madrid" klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.


Bu qələbə ilə xalını 17-yə yüksəldən "Real” 6-cı pillədə qərarlaşıb.


"Barselona” isə səfərdə "Rayo Vallecano” komandasını sonuncu dəqiqədə vurduğu qolla məğlubiyyətə uğradıb (3:2). Kataloniyalıların heyətində Luis Suares (2), Osman Dembele, meydan sahiblərinin isə Xose Pozo və Alvaro Qarsiya fərqləniblər.


Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:


"Leganes"-"Atletiko Madrid" - 1:1


"Valensiya"-"Girona" - 0:1.


Qeyd edək ki, turnir cədvəlinə 24 xalla "Barselona" liderlik edir. "Atletiko Madrid" 21 xalla ikinci, "Deportivo Alaves" (10 oyun) 20 xalla üçüncü pillədə qərarlaşıb.

Xəbər lenti