Xəzər Xəbər

Futbolda İNQİLAB: Avropa nəhəngləri UEFA-dan çıxır

İdman | 21:35 • 3 Noyabr 2018
Futbolda İNQİLAB:

Avropanın aparıcı futbol klubları elit liqa yaratmaq istəyir.

Bu ideyanın tərəfdarları arasında bir sıra top-klublar yer alıb. Layihəyə əsasən, Avropanın 11 klubu UEFA-nın tərkibindən çıxaraq, Çempionlar Liqasına alternativ olacaq Super Liqa adlı yeni turnir təsis etmək niyyətindədirlər. Bu "11-lik” 20 il ərzində yarışda daimi çıxış edəcək, əlavə 5 komanda isə qonaq qismində dəvət ediləcək.

Super Liqanın yaradıcıları Almaniyanın "Bavariya”, İspaniyanın "Real Madrid”, "Barselona”, İtaliyanın "Yuventus”, "Milan”, İngiltərənin "Arsenal”, "Çesli”, "Mançester Yunayted”, "Mançester Siti”, "Liverpul” və Fransanın PSJ komandaları olacaq.

İspaniyanın "Atletiko”, Almaniyanın "Borussiya” (Dortmund), Fransanın "Olimpik” (Marsel), İtaliyanın "İnter” və "Roma” klubları isə qonaq statusu ilə yarışa qatılacaq.

Qeyd edək ki, klubların yaxın gələcəkdə bəyanatla çıxış edəcəkləri bildirilir./publika.az

Xəbər lenti