Xəzər Xəbər

Braziliyalı forvard "Beşiktaş"ın başına dərd oldu - MƏHKƏMƏ

İdman | 14:15 • 3 Noyabr 2018
Braziliyalı forvard "Beşiktaş"ın başına dərd oldu - MƏHKƏMƏ

Türkiyənin "Alanyaspor" klubu "Beşiktaş"ı məhkəməyə verib.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, buna İstanbul təmsilçisinin futbolçu Vaqner Lavın transferində qarşı tərəfə ödənilməli olan məbləğin gecikməsi səbəb olub.

Qeyd edək ki, Vaqner Lav 2018-ci ilin yanvarında "Beşiktaş"a keçib. Onun transfer məbləğinin 3,7 milyon avro olduğu iddia olunur. Klub 34 yaşlı braziliyalı hücumçunun transfer məbləğini hissə-hissə ödəməlidir.

Xəbər lenti