Xəzər Xəbər

Messinin başına bu da gəldi Pul yumaqda ittiham olunur

İdman | 13:48 • 3 Noyabr 2018
Messinin başına bu da gəldi

"Leo Messi" xeyriyyə fondunun fəaliyyəti ciddi yoxlanılsın

Prokuror Pablo Turano "Barselona"nın ulduz futbolçusu Lionel Messi və onun atasına qarşı çirkli pul yuduqlarına görə ittiham irəli sürüb.

Bu haqda informasiyanı "Todo Noticias" telekanalı yayıb.

Prokuror tələb edir ki, "Leo Messi" xeyriyyə fondunun fəaliyyəti ciddi yoxlanılmalıdır: "Orda çirkli pulların yuyulması ehtimalı var. Xeyriyyə üçün fondun aldığı pullar ofşor zonalarının hesablarına köçürülüb".

Turano açıqlayıb ki, bu haqda fondun sabiq əməkdaşlarından biri məhkəmədə ifadə verib.

Argentinalı futbolçunun vergi ödəmədiyinə görə problemi var. 2017-ci ildə Barselona məhkəməsi onu vergi ödəmədiyinə görə 21 ay azadlıqdan məhrum edib. Həmin vaxt tanınmış futfolçu 250 min dollar cərimə ödəyib.

2004-cü ildən "Barselona"nın şərəfini qoruyan Messi 9 dəfə İspaniya çempionu, 5 dəfə dəfə İspaniya kubokunun sahibi, 4 dəfə Çempionlar Liqasının qalibi olub.

O, həmçinin 5 dəfə "Qızıl top" mükafatını da alıb.

AzNews.az

Xəbər lenti