Xəzər Xəbər

"Çelsi" Hazardı satıb onu alacaq

İdman | 12:58 • 3 Noyabr 2018
"Çelsi" Hazardı satıb onu alacaq

"Çelsi” mövsümün sonunda "Real"a keçəcəyi gözlənilən Eden Hazarda əvəzləyici tapıb.


London klubunun baş məşqçisi Mauritsio Sarri onun yerini "Lion"dan Nabil Fekirlə doldurmaq istəyir. "Çelsi"nin bu futbolçu üçün 50 milyon funt-sterlinqdən çox pul ödəməli olduğu bildirilir.


Qeyd edək ki, Nabil Fekir bu mövsüm oynadığı 8 rəsmi matçda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Xəbər lenti