Xəzər Xəbər

MY rəhbərliyi Mourinyoya yenə "yox" deyib

İdman | 15:02 • 2 Noyabr 2018
MY rəhbərliyi Mourinyoya yenə "yox" deyib

Joze Mourinyo "Mançester Yunayted” rəhbərliyi ilə qış transferləri ilə bağlı razılığa gələ bilmir.

ESPN xəbər verir ki, portuqaliyalı çalışdırıcı 2019-cu ilin ilk ayında yeni hücumçu və müdafiəçi transfer edilməsini istəyir. Ancaq MY bossları mütəxəssisin seçimlərinə qarşıdı.

Mənbənin məlumatına görə, yayda Mour öncə "Bavariya”dan Jerom Boatenqi, ardından "Tottenhem”dən Tobi Alderveyreldi sərəncamına gətizdirməyə can atsa da, hər iki halda klub idarəçilərindən "yox” cavabı alıb. "Yuxarılar” Mourinyonun gözaltılarının "qoca” olduğunu əsas gətirərək keçidləri lazımsız sayıb.

Bir müddət sonra isə "qırmızı şeytanlar”ın çalışdırıcısı "Lester”dən Hari Maquayrı maraqlanıb. Bu dəfə rəhbərlik "tülkülər”in ingilis müdafiəçiyə reallıqdan uzaq qiymət qoyduğunu bildirərək, belə desək, işi burub.

Fanat.Az


Xəbər lenti