Xəzər Xəbər

PSJ iki futbolçusu ilə yolları ayırır

İdman | 11:04 • 2 Noyabr 2018
PSJ iki futbolçusu ilə yolları ayırır

Fransa I Liqasında ilk 11 turda qələbə qazanaraq, fantastik start götürən PSJ transfer düyməsini basıb.

UEFA-nın "fair play" qanunlarını pozan Paris klubu yanvar ayında transferlərə ancaq 24 milyon avro xərcləyə bilər. 

Tomas Tuhel Lassana Diarra və Xese Rodriqesi heyətdə düşünmədiyi üçün onların satılmasını rəhbərliyə bildirib. 

Alman mütəxəssis heyət üçün dayaq yarımmüdafiəçi transferini tələb edib.

Qeyd edək ki, Xese bu mövsüm oynmayıb. Diarra isə 4 dəfə meydanda olub.


Xəbər lenti