Xəzər Xəbər

Arsen Venger məşqçiliyə nə vaxt qayıdır?

İdman | 10:46 • 2 Noyabr 2018
Arsen Venger məşqçiliyə nə vaxt qayıdır?

"Arsenal"dan ötən mövsüm ayrıldıqdan sonra işsiz qalan Arsen Venger məşqçiliyə qayıdır.

68 yaşlı mütəxəssis 2019-cu ilin əvvəlində klub çalışdıracağını açıqlayıb: "Hazırda dincəlirəm. Əvvəllər də söyləmişəm ki, uzun illər "Arsenal"da işlədiyim üçün İngiltərənin başqa klubunda çalışmaq məntiqə sığmır. 2019-cu ilin əvvəlində iş başında olacağımı deyə bilərəm".

Qeyd edək ki, fransalı mütəxəssis "Arsenal"da 1996-2018-ci illərdə baş məş məşqçi olub. Venger "topçular"a 3 Premyer Liqa çempionluğunu yaşadıb və 7 dəfə FA kubokunu qazandırıb.

Xəbər lenti