Xəzər Xəbər

"Yuventus"un ulduzuna 100 milyonluq təklif

İdman | 17:04 • 1 Noyabr 2018
"Yuventus"un ulduzuna 100 milyonluq təklif

"Bavariya" "Yuventus"un futbolçusu Paulo Dibalanı transfer etmək istəyir.


Xames Rodrigesdən istədiyini ala bilməyən Münhen klubu argentinalı forvarda elçi düşüb. İddia olunur ki, "Bavariya" bu futbolçu üçün "Yuventus"a 100 milyon avro təklif edir.


Qeyd edək ki, Dibala 2015-ci ildə "Palermo"dan "Yuventus"a 40 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 110 milyon avro qiymət qoyub. 24 yaşlı futbolçu bu mövsüm oynadığı 11 matçda 5 qol vurub və 1 məhsuldar ötürmə edib.


Fanat.Az

Xəbər lenti