Xəzər Xəbər

"Qalatasaray" 150 milyon avroluq satışa hazırlaşır

İdman | 16:59 • 1 Noyabr 2018
"Qalatasaray" 150 milyon avroluq satışa hazırlaşır

Maliyyə böhranında olan "Qalatasaray"ın rəhbərliyi vəziyyətdən çıxış yolu tapıb.


İstanbul klubu ev oyunlarını keçirdiyi "Türk Telekom Arena"nın ad hüququnu satmaqla vəziyyəti düzəltməka istəyir.


10 ildi stadiona sponsorluq edən Türk Telekomla müqavilə başa çatır. "Qalatasaray" qarşıdakı 10 il üçün sponsorluq haqqını 150 milyon avro müəyyənləşdirib və sponsor şirkətə məlumat verib. Amma hələ Türk Telekom qərarını açıqlamayıb.


Bu səbəbdən klub rəhbərliyi Çin və ərəb ölkələrinin böyük şirkətləri ilə təmaslara başlayıb. Prezident Mustafa Çingiz qış asiləsinə qədər müqavilə imzalayıb, yeni transferlər üçün maliyyə mənbəyi formalaşdırmaq istəyir.


Fanat.Az


Xəbər lenti