Xəzər Xəbər

Dünya reytinqində qürurverici pillədə qərarlaşmışıq

İdman | 15:31 • 1 Noyabr 2018
Dünya reytinqində qürurverici pillədə qərarlaşmışıq

Azərbaycanın 9 şahmatçısı ilk "yüzlük"də yer alıb

Beynəlxalq Şahmat Federasiyası (FİDE) dünya şahmatçılarının reytinqini açıqlanıb.

XəzərXəbər FİDE-nin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycanın 9 şahmatçısı ilk "yüzlük"də yer alıb.

Bunlardan 6-sı kişi, 3-ü qadındır. Şəhriyar Məmmədyarov 2817 xalla reytinqdə dünya 3-cülüyünü qoruyur. İdmançımız norveçli rəqibi Maqnus Karlson (2835) və ABŞ şahmatçısı Fabiano Karuanadan (2832) geri qalır.

Digər idmançımızlarımız Teymur Rəcəbov 2757 xalla 4 pillə irəliləyərək 14-cü pillədə, Arkadi Naydiç isə 20-ci sırada qərarlaşıb.

2703 xala malik olan digər şahmatçımız Rauf Məmmədov siyahıda 40-cı sırada yer alıb. Onun irəliləyişi 6 addım təşkil edib. Eltac Səfərli 2671 xalla 72-ci, Qədir Hüseynov 82-ci yerdə qərarlaşıb.

Qadın şahmatçıların siyahısında ən yaxşı təmsilçimiz Günay Məmmədzadədir. 2422 xala malik şahmatçımız 46-cı yerdədir. O, 13 pillə geriləyib.

Xanım Balacayeva 2397 xalla 63-cü, Gülnar Məmmədova 2368 xalla 97-ci yerdə qərarlaşıb.

Xəbər lenti