Xəzər Xəbər

Di Mariya PSJ ilə müqaviləsinin müddətini uzatdı

İdman | 09:54 • 1 Noyabr 2018
Di Mariya PSJ ilə müqaviləsinin müddətini uzatdı

Argentinalı yarımmüdafiəçi Anhel Di Mariya PSJ ilə müqaviləsinin müddətini uzadıb.

Bu barədə Fransa komandasının mətbuat xidməti "Twitter" səhifəsində məlumat yayıb.

30 yaşlı futbolçu ilə Paris klubu arasında yeni müqavilə 30 iyun 2021-ci ilə qədər nəzərdə tutulub.

Bundan əvvəl Di Mariya ÇL-in qrup mərhələsində keçirilən oyunda 93-cü dəqiqədə vurduğu qolla PSJ-ni "Napoli"yə məğlubiyyətdən xilas edib.(report.az)

Xəbər lenti