Xəzər Xəbər

Neymar: Messi mənim pərəstişgahımdır

İdman | 19:00 • 31 Oktyabr 2018
Neymar: Messi mənim pərəstişgahımdır

PSJ klubunun hücumçusu Neymar "Barselona”nın forvardı Lionel Messini özü üçün pərəstişgah hesab etdiyini bildirib.


AZƏRTAC "The Players Tribune” nəşrinə istinadla xəbər verir ki, braziliyalı Neymar və argentinalı Messi əvvəllər eyni klubda oynayıblar.


"The Players Tribune” Neymarın bu sözlərini sitat gətirir:


-Mən Messini və Kriştianu Ronaldunu tanıyıram, Lionel ilə oynamışam. Mənim nəzərimdə o, bütün zəmanələrin ən böyük futbolçularından biri, futbolda mənim pərəstişgahımdır. Mən məşqlərdə hər gün Messini müşahidə edirdim, ondan öyrənirdim. Bunun sayəsində daha güclü olmuşam.


Neymar daha sonra deyib: "Ronaldu isə "əjdaha”dır. Ona qarşı oynamaq çox maraqlı və əyləncəlidir. O, daha hiyləgər, daha ağıllı oynamağı öyrədir. Ronaldu və Messi mənim tanıdığım iki ən yaxşı oyunçudur. Daha çox mükafat qazanmağın, daha çox qol vurmağın yollarını belə oyunçulardan öyrənmək istəyirəm”.

Xəbər lenti