Xəzər Xəbər

Zlatan İbrahimoviç yanvarda Avropaya dönəcək?

İdman | 15:39 • 31 Oktyabr 2018
Zlatan İbrahimoviç yanvarda Avropaya dönəcək?

Karyerasını ABŞ-ın "Los Anceles Qalaksi" klubunda davam etdirən Zlatan İbrahimoviçin Avropaya dönüb-dönməyəcəyi müzakirə olunur.


İsveçli ulduzun komandası MLS-in son tuturda "Huyston Dinamo"ya uduzub (2:3) və pley-off şansını itirib. Bu isə İbrahimoviç üçün Avropaya dönüş şansı deməkdi. Onun komandası pley-off mərhələsində iştirak etməyəcəyindən futbolçu qısa müddətə Avropa klublarında icarə əsasında çıxış edə bilər.


Bir neçə gün əvvəl onun "Mançester Yunayted"ə dönəcəyi deyilirdi. Amma baş məşqçi Joze Mourinyo xəbəri təkzib edib. Həmçinin İbrahimoviçin adı "Real"la da çəkilib.


Qeyd edək ki, daha öncə Tyerri Anri və Devid Bekhem kimi futbolçular MLS-dəki fasilə zamanı Avropaya icarəyə verilib.


Fanat.Az

Xəbər lenti

Çox oxunanlar