Xəzər Xəbər

"Real"ın hədəfindəki baş məşqçi

İdman | 15:34 • 31 Oktyabr 2018
"Real"ın hədəfindəki baş məşqçi

Julen Lopetequini istefaya göndərən "Real"ın yeni baş məşqçisinin kim olacağı maraqla gözlənilir.


"The Sun" xəbər verir ki, Antonio Konte ilə danışıqlar apardığı bildirilən "Kral Klubu"nun əsl hədəfi Maurisio Poçettinodu. İddiaya görə, klub rəhbərliyi "Tottenhem"in çalışdırıcısını Madridə aparmağa çalışır.


Ötən həftə Londonda Poçettinoya yaxın şəxslərlə görüşən "Real" rəsmiləri prezident Florentino Peresə ümid vəd edən məlumatlar çatdırıblar.


Qeyd edək ki, Poçettino 2014-cü ildən "Tottenhem"i çalışdırır. 46 yaşlı argentinalı mütəxəssis əvvəllər İspaniyanın "Espanyol" və İngiltərənin "Sautqempton" klublarına başçılıq edib.


Fanat.Az

Xəbər lenti