Xəzər Xəbər

"Ronaldo canavardır" - Neymar

İdman | 15:13 • 31 Oktyabr 2018
"Ronaldo canavardır" - Neymar

PSJ-nin futbolçusu Neymar sabiq komanda yoldaşı "Barselona"nın futbolçusu Lionel Messini kumiri adlandırıb.


O deyib: "Messi və Ronaldo ilə yolum kəsişib. Messi ilə oynamışam. O, mənim üçün bütün vaxtların ən böyük futbolçularından biridir. Messi mənim kumirimdir. Hər gün onu məşqlərdə izləyirdim. Bu, məni daha güclü etdi.


Ronaldo isə bir canavardır. Ona qarşı oynamaq çox maraqlıdır. Ronaldo daha ağıllı oynamağı öyrədir. Onlar kimi insanlardan öyrənmək, daha çox kubok qazanmaq və daha çox qol vurmaq istəyirəm".


Xəbər lenti