Xəzər Xəbər

Milli futbolçu karyerasını bitirdi: 24 yaşında

İdman | 13:32 • 31 Oktyabr 2018
Milli futbolçu karyerasını bitirdi:

Brandon 1 dəfə də ABŞ millisinin formasını geyinib

ABŞ-ın "Çikaqo Fayr” klubunda forma geyinən Vinsent Brandon futbolçu karyerasını bitirib.

Bu barədə futbolçunun özü açıqlama verib. 24 yaşlı futbolçu, heç bir sağlıq probleminin olmadığını da bildirib.

Müdafiənin sol cinahında oynayan Brandon 1 dəfə də ABŞ millisinin formasını geyinib.

Brandon cari mövsüm də ABŞ liqasında "Çikaqo Fayr" forması ilə 32 oyunda iştirak edib. O, bu oyunlarda 1 qol vurub və 3 məhsuldar ötürmə edib./AzNews.az

Xəbər lenti