Xəzər Xəbər

Türkiyə futbolunda QALMAQAL: futbolçu xəstəxanalıq oldu

İdman | 12:46 • 31 Oktyabr 2018
Türkiyə futbolunda QALMAQAL:

Futbol üzrə Türkiyə Kubokunda keçirilən "Batman Petrolspor" - "Kasımpaşa" oyunu təxirə salınıb.

Buna tribunadan qonaq komandanın futbolçusu Fode Koitaya 90+1-ci dəqiqədə plastik şüşənin atılması səbəb olub. İçi su ilə dolu qab 28 yaşlı futbolçunun üzünə dəyib.

Fransalı forvard ilkin tibbi müayinədən sonra paltardəyişmə otağına gedib. O daha sonra özünü pis hiss edib və təcili tibbi yardımla xəstəxanaya aparılıb. Qarşılaşmanın hakimi Özgür Yankaya oyunu təxirə salıb.

Qeyd edək ki, həmin vaxt "Kasımpaşa" klubu 3:2 hesabı ilə öndə olub.

Xəbər lenti