Xəzər Xəbər

"Real"ın Martines həmləsinə Belçikadan açıqlama

İdman | 11:28 • 31 Oktyabr 2018
"Real"ın Martines həmləsinə Belçikadan açıqlama

Julen Lopeteqinin istefasından sonra "Real"ın baş məşqçi postuna namizədlərdən biri olaraq göstərilən Belçika millisinin baş məşqçisi Roberto Martineslə bağlıaçıqlama verilib.

Belçika Futbol Federasiyasının baş katibi Stefan Vaan Look Madrid klubunun Martinesə təklif ünvanlamamışdan öncə federasiyailə anlaşmalı olduğunu bildirib: "Əgər "Real" Martinesi baş məşqçi postunda görmək istəyirsə, federasiya ilə razılığa gəlməlidir".

Qeyd edək ki, Martinesin Belçika millisiylə müqaviləsi 2020-ci ilə kimi davam edir. Belçika 45 yaşlı ispan çalışdırcının rəhbərliyi altında DÇ-2018-də bürünc medal qazanıb.

Xəbər lenti