Xəzər Xəbər

La Liqanın rəhbəri PSJ-nin ÇL-dən qovulmasını tələb edir

İdman | 10:45 • 31 Oktyabr 2018
La Liqanın rəhbəri PSJ-nin ÇL-dən qovulmasını tələb edir

Maliyyə sabitliyi üçün böyük təhlükədir

İspaniya La Liqasının rəhbəri Xavyer Tebas PSJ-nin cəzalandırılmasını tələb edir.

Tebas PSJ-nin maliyyə feyr-pleyini pozduğunu iddia edib. O, Paris klubunun avrokuboklarda iştirakına qadağa tətbiq etmək lazım olduğunu bildirib:

"Nə "Real”, nə də "Barselona” PSJ-yə qarşı ittiham irəli sürməyi məndən tələb etməyiblər. Bu məsələ Neymarın transferinə aid deyil.

Biz hesab edirik ki, PSJ Avropa futbolundakı maliyyə sabitliyi üçün böyük təhlükədir. Eyni fikirləri "Mançester Siti” haqda da demək olar.

Onların siyasəti transfer bazarında infilyasiya yaradır. Digər komandalar bu klub-dövlətlərlə rəqabət aparmaq üçün həddindən artıq vəsait xərcləməyə məcbur olurlar.

Hər şey UEFA-nın standartları əsasında olmalıdır. Əgər qaydalar belə klubların avrokuboklardan uzaqlaşdırılmasını tələb edirsə, onda onları mütləq uzaqlaşdırmaq lazımdır. Hamını aldadan klub avrokuboklarda olmamalıdır”./AzNews.az

Xəbər lenti

Çox oxunanlar