Xəzər Xəbər

Həbib valeh olduğu futbolçunun adını açıqladı: O, həqiqi bir idealdir

İdman | 15:59 • 30 Oktyabr 2018
Həbib valeh olduğu futbolçunun adını açıqladı:

"Yeni nəslin Salahdan öyrənəcəyi çox şey var"

UFC versiyası üzrə yüngül çəkidə dünya çempionu Həbib Nurməhəmmədov heyranı olduğu futbolçunun adını açıqlayıb.

Nurməhəmmədov son müsahibəsində Misir millisinin və İngiltərənin "Liverpul” klubunun futbolçusu Məhəmməd Salahı tərifləyib:

"Məhəmməd Salaha heyranam, ancaq hələ özü ilə şəxsi tanışlığım yoxdur. Amma onu yaxından izləyirəm. Çox yaxşı bir futbolçudur. Bizim mədəniyyətimizi, əxlaqımızı dünyaya çatdırmaq üçün onun kimi bir çox insana ehtiyacımız var.

Sıfırdan bugünlərə gəldi, çünki hər zaman intizamlıdır. Allah bizim yanımızdadır. Mən belə hiss edirəm. Yeni nəslin Məhəmməd Salahdan öyrənəcəyi çox şey var. O, həqiqi bir idealdir. Ona heyranam”. (oxu.az)

Xəbər lenti