Xəzər Xəbər

"Beşiktaş" Kariusu "Liverpul"a vaxtından əvvəl qaytarır

İdman | 14:54 • 30 Oktyabr 2018
"Beşiktaş" Kariusu "Liverpul"a vaxtından əvvəl qaytarır

"Beşiktaş" yayda "Liverpul"dan 2 illik icarəyə götürdüyü Loris Kariusun çıxışından razı deyil.

İstanbul təmsilçisi alman qolkiperi vaxtından öncə "qırmızılar"a qaytarmaq istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Əvəzində, "Beşiktaş" "Liverpul"dan Divok Oricini icarəyə götürmək istəyir. "Qırmızılar" isə belçikalı forvardı birdəfəlik satmağı düşünür.

Qeyd edək ki, 25 yaşlı Karius2016-cı ildə "Maynts"dan "Liverpul"a 7,5 milyon avro qarşılığında keçib.

Xəbər lenti