Xəzər Xəbər

"Fənərbağça"nın yeni baş məşqçisi kim olacaq?

İdman | 12:53 • 30 Oktyabr 2018
"Fənərbağça"nın yeni baş məşqçisi kim olacaq?

"Fənərbağça"da yeni baş məşqçi vəzifəsinə əsas namizədlər müəyyənləşib.

XəzərXəbər qol.az-a istinadən xəbər verir ki, klub rəhbərliyi bu vəzifəyə yerli mütəxəssis gətirməyi planlaşdırır. Namizədlərin hazırda klubsuz olan Tayfun Korkut, Hamza Hamzaoğlu, Kemal Özdeş və "Başakşəhər"in çalışdırıcısı Abdullah Avcı olduğu bildirilir. Yerli mütəxəssislər alınmayacağı təqdirdə, əcnəbi Leonardo Jardimlə danışıqlara başlanacağı gözlənilir.

Qeyd edək ki, "Fənərbağça" dünən baş məşqçisi Filipp Kokunu istefaya göndərib.

Xəbər lenti