Xəzər Xəbər

O, bir qol vursa, həyat onun üçün dəyişəcək - Mourinyo

İdman | 10:20 • 30 Oktyabr 2018
O, bir qol vursa, həyat onun üçün dəyişəcək - Mourinyo

Baş məşqçi ona çox ümid edir

İngiltərə Premyer Liqasının son turunda "Old Trafford”da "Everton”a qalib gələn (2:1) "Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo oyundan sonra klubun kanalına açıqlama verib.

55 yaşlı mütəxəssis son vaxtlar oyununa görə tənqid olunan Romelu Lukakuya inandığını deyib:

"Mən düşünürəm ki, o, bir qol vursa, həyat onun üçün dəyişəcək. Eyni zamanda, məncə, Lukaku hazırda təzyiq altındadır. Hücumçular qol vura bilməyəndə, həyat onlar üçün çətin olur. O, bunlara görə təəssüflənirdi, amma bu gün oyuna yaxşı qoşuldu, düzgün mövqe tutdu, topu itirmədi, ilk toxunuşları daha yaxşı alındı. O, bunlardan daha çoxunu edə bilər. Mən onun tezliklə qol vurmağa başlayacağına şübhə etmirəm”.

2017-ci ildən "qırmızı şeytanlar”da çıxış edən 25 yaşlı belçikalı futbolçu keçirdiyi 43 oyunda 20 qolla yadda qalıb.

Xəbər lenti