Xəzər Xəbər

"Arsenal"ın heyətində ciddi itki

İdman | 15:24 • 29 Oktyabr 2018
"Arsenal"ın heyətində ciddi itki

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Arsenal"ın heyətində itki baş verib.


Bu barədə klubun rəsmi saytı məlumat yayıb.


Komandanın müdafiəçisi Hektor Bellerin Premyer Liqanın X turunda "Kristal Pelas" ilə səfərdə 2:2 hesablı heç-heçə etdikləri görüşdə zədələnib.


İlk hissənin sonlarında sağ ayağından zərbə alan 23 yaşlı oyunçu ikinci hissədə görüşü davam etdirə bilməyib. Bellerini Ştefan Lixtştayner əvəzləyib. Zədəli oyunçunun yaşıl meydanlardan nə qədər uzaq qalacağına tibbi müayinədən sonra aydınlıq gələcək.


Qeyd edək ki, "Arsenal" "Qarabağ"la ilk görüşünü oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçirib. Görüş londonluların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu komandalar arasında Londondakı qarşılaşma dekabrın 13-də oynanılacaq.


Fanat.Az

Xəbər lenti