Xəzər Xəbər

"Fənərbaxça" Kokuya 2,5 milyon ödəyəcək

İdman | 15:19 • 29 Oktyabr 2018
"Fənərbaxça" Kokuya 2,5 milyon ödəyəcək

Xəbər verdiyimiz kimi, "Fənərbaxça" klubu baş məşqçisi Filip Kokunu istefaya göndərib.


Müqaviləsinə xitam verilən mütəxəssis işindən ayrılasa da İstanbul klubundan pul alacaq.


Belə ki, "Fənərbaxça" ilə 1 illik müqaviləsi ləğv edilən məşqçiyə 2,5 milyon avro təzminat ödənəcək.


Bununla da, "Fənərbaxça"nın eyni anda təzminat ödədiyi məşqçilərin sayı 4-ə çatıb.


Qeyd edək ki, komanda Koku və köməkçisi Komolli ilə yanaşı Aykut Kocaman və Vitor Pereiraya da hazırda pul ödəyir.


Fanat.Az

Xəbər lenti