Xəzər Xəbər

Transfer rekordu: 1 milyonluq futbolçunu 79 milyona aldılar

İdman | 13:41 • 29 Oktyabr 2018
Transfer rekordu:

"Mançester Siti" "Ayaks"ın gənc ulduzu Frenki de Yonq uğrunda "Tottenhem"lə apardığı transfer yarışının qalibi olub.


"The Daily Star" "şəhərlilər"in qışda 21 yaşlı yarımmüdafiəçini heyətinə qatacağını iddia edib. Bu transfer "Mançester Siti"yə 79,8 milyon avroya başa gələcək. Həmin məbləğ klub tarixinin rekordu hesab olunur.


Qeyd edək ki, de Yonq 2015-ci ildə "Villem II"dən "Ayaks"a cəmi 1 milyon avroya transfer olunub. Hazırda "Transfermart" ona 40 milyon avro qiymət qoyub. Futbolçu cari mövsümdə 15 rəsmi matça çıxıb.


Fanat.Az

Xəbər lenti