Xəzər Xəbər

Pol Poqba gələn il İtaliyanın “Yuventus” klubuna keçə bilər

İdman | 09:25 • 28 Oktyabr 2018
Pol Poqba gələn il İtaliyanın “Yuventus” klubuna keçə bilər

"Mançester Yunayted”in və Fransa millisinin yarımmüdafiəçisi Pol Poqbanın yanvarda İtaliyanın "Yuventus” klubuna keçidi reallaşa bilər. İtaliya klubu futbolçunun transfer etməkdə maraqlıdır.


Xezerxeber.az "Tuttosport"a istinadən xəbər verir ki, "Yuventus” "Mançester Yunayted”dən qış transferi pəncərəsində Pol Poqbanı icarəyə götürmək istəyir. Yanvarda keçid baş tutmasa, güman edilir ki, gələn ilin yayında İtaliya klubu yarımmüdafiəçi üçün 70 milyondan çox avro ödəməli olacaq.


Poqba karyerasına "Mançester Yunayted”də başlayıb. Belə ki, 16 yaşında gənclər komandası "Qavra”dan ingilis klubunun akademiyasına keçib. 2012-ci ildə "Mançester Yunayted” ilə yeni müqavilə imzalamaqdan imtina edərək "Yuventus”un heyətində çıxış etməyə başlayıb. Dörd il sonra o, həmin dövr üçün rekord qiymətə - 105 milyon avroya yenidən "qırmızı şeytanların” düşərgəsinə qayıdıb. Poqba 2017-ci ilin yayınadək dünyanın ən bahalı futbolçusu olub. Hazırda Neymarın "Barselona”dan "Pari-Sen-Jermen”ə transferi üçün ödənilən 222 milyon avro rekord məbləğ hesab olunur.


Cari mövsüm Poqba "Mançester Yunayted”in heyətində keçirdiyi 12 oyunda dörd qol vurub. Ümumilikdə, "qırmızı şeytanlar”ın 107 matçında 19 dəfə fərqlənib. "Yuventus”un heyətində isə 4 mövsüm ərzində 34 dəfə rəqib qapısına yol tapıb. O, bu ilin yayında Fransa milli komandasının heyətində dünya çempionatının qalibi olub. 2013-cü ildən etibarən milli komandada 64 matçda 10 dəfə fərqlənib.

Xəbər lenti

Çox oxunanlar