Xəzər Xəbər

Dortmundda futbol oyunu zamanı baş verən iğtişaşda 45 nəfər yaralanıb

İdman | 09:09 • 28 Oktyabr 2018
Dortmundda futbol oyunu zamanı baş verən iğtişaşda 45 nəfər yaralanıb

Almanıya futbol çempionatının doqquzuncu turunda Dortmundun "Borussiya” və Berlinin "Herta” komandaları arasında keçirilən oyun zamanı stadionda iğtişaş baş verib.


Xezerxeber.az xəbər verir ki, DPA agentliyinin Dortmund polisinə istinadla yaydığı məlumata görə, iğtişaş nəticəsində 45 nəfər yaralanıb.


Oyunun gedişində qonaq komandanın azarkeşləri ilə polis arasında münaqişə yaranıb. Qonaq sektorlarında, həmçinin pirotexnikadan istifadə olunub. Fasilə zamanı fanatlar tualetlərdə polislərə hücum edib və bir neçə qapını sındırıblar. Ümumilikdə beş polis əməkdaşı xəsarət alıb. İnsident iştirakçılarından neçəsinin saxlandığı barədə məlumat verilmir.


Xatırladaq ki, oyun 2:2 hesabı ilə başa çatıb.

Xəbər lenti