Xəzər Xəbər

“Barsa” ilə müqavilə bağlamağım səhv idi - “ Qarabağ”a qarşı oynamış futbolçu

İdman | 12:38 • 27 Oktyabr 2018
“Barsa” ilə müqavilə bağlamağım səhv idi - “ Qarabağ”a qarşı oynamış futbolçu
"Oynamaq istəyirdim, amma Qvardiola məni oynatmırdı”.

Bu mövsüm Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində BATE-nin heyətində "Qarabağ”a qarşı oynamış Aleksandr Qleb karyerası ilə bağlı maraqlı açıqlamalar verib.

XəzərXəbər İngiltərə mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı futbolçu 2008-ci ildə "Arsenal”dan "Barselona”ya keçdiyi üçün peşman olduğunu deyib:

"İnsanlar məndən niyə "Arsenal”dan ayrıldığımı soruşurlar. Əslində, bu sualı mən də özümə verirəm: "Niyə "Arsenal”dan ayrıldım?” "Barselona”yla müqavilə bağlamağım səhv idi. Ən yaxşı illərimi itirdim. Bəzi səhvlər etdim və meydanda əlimdən gələni etmədim”.

Belaruslu futbolçu "Barselona”nın keçmiş baş məşqçisi Pep Qvardiola ilə yola getmədiyini deyib:

"Oynamaq istəyirdim, amma Qvardiola məni oynatmırdı”.

2008-2012-ci illərdə "Barselona”nın futbolçusu olmuş Qleb, Kataloniya təmsilçisində cəmi 19 oyunda forma geyinmək şansı qazanıb.

Xəbər lenti