Xəzər Xəbər

“Roma” türk oyunçuya 50 milyon avro qiymət qoydu

İdman | 12:13 • 27 Oktyabr 2018
“Roma” türk oyunçuya 50 milyon avro qiymət qoydu
O, keçirdiyi 7 oyununda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb

"Roma”nın 21 yaşlı türkiyəli futbolçusu Cengiz Ündərlə bir neçə Avropa klubunun yaxından maraqlandığını xəbər vermişdik.

İtaliyanın "Correire dello Sport” nəşri türkiyəli futbolçunun qış transfer pəncərəsi dövründə satıla biləcəyini iddia edib. Qəzet, "Roma”nın Cengiz üçün transfer qiyməti olaraq 50 milyon avro müəyyənləşdirdiyini və "Mançester Siti”, "Barselona”, "Mançester Yunayted” kimi klubların bu məbləği ödəməyə hazır olduğunu yazıb.

2017-ci ildə 13,4 milyon avro qarşılığında "Başakşəhər”dən "Roma”ya transfer olunan Cengiz, bu mövsüm İtaliya A Seriyasında keçirdiyi 7 oyunda 1 qol, 2 məhsuldar ötürməylə yadda qalıb. Çempionlar Liqasında da məhsuldarlığı ilə seçilən hücumçu, 2 qol, 1 məhsuldar ötürmənin sahibidir.

Xəbər lenti