Xəzər Xəbər

Həbib qonorarın yarısını aldı Hesabına bu qədər pul köçürüldü

İdman | 17:03 • 25 Oktyabr 2018
Həbib qonorarın yarısını aldı
Komissiyanın yekun qərarından sonra qalan məbləğin ödənilib-ödənilməyəcəyi bilinəcək

Həbib Nurməhəmmədovla Konor Makqreqor arasında baş tutan görüşdən sonra yaşanan dava-dalaşla bağlı Nevadanın İdman Komissiyasında (NSAC) ilk dinləmə olub.

NSCA Həbibə çatacaq qonorarın yarısının ödənilməsi ilə bağlı qərar verib. Beləliklə, Nurməhəmmədovun hesabına 1 milyon dollar keçirilib.

Komissiyanın yekun qərarından sonra qalan məbləğin ödənilib-ödənilməyəcəyi bilinəcək. NSAC yekun dinləməni dekabrın sonunda keçirəcək.

Konor ona çatacaq məbləği - 3 milyon dolları döyüşdən sonra tam şəkildə alıb. Nurməhəmmədova verilməli olan 2 milyon dollar qonorarın ödənilməsi döyüşdən sonra baş verən dava-dalaşa görə təxirə salınmışdı.

Xəbər lenti