Xəzər Xəbər

Mariya Stadnik dünya çempionatının finalına yüksəldi

İdman | 19:55 • 24 Oktyabr 2018
Mariya Stadnik dünya çempionatının finalına yüksəldi

Azərbaycanlı güləşçi Mariya Stadnik Budapeştdə davam edən dünya çempionatının finalına yüksəlib.

50 kiloqrama qədər çəki dərəcəsində yarımfinalda Stadnik gərgin mübarizədə Şimali Koreya nümayəndəsi Sonxyanq Kimə 4:2 hesabı ilə qalib gəlib.

Həlledici qarşılaşmada güləşçimizin rəqibi yaponiyalı Yui Susaki olacaq.

Xəbər lenti