Xəzər Xəbər

"Qarabağ" bu hücumçunu almaq istəyirmiş

İdman | 17:01 • 24 Oktyabr 2018
"Qarabağ" bu hücumçunu almaq istəyirmiş

"Qarabağ”ın mövsüm ərəfəsində transfer etmək istədiyi daha bir futbolçunun kimliyi bəllidi.

Donetsk "Şaxtyor”unun hücumçusu Qustavo Blanko Leşuk yayda Ağdam komandasına keçməyə yaxın imiş.

Ancaq "Sportinq Xixon”, "Malaqa”, "Malyorka”, "Srvena Zvezda”, Sofiya MOİK-i və "Qarabağ”ın maraqlandığı argentinalı yekunda "Malaqa”ya icarəyə verilib. 27 yaşlı ucaboy futbolçunu birillik icarəyə götürən Sequnda təmsilçisinin gələn yay onu birdəfəlik transfer etmək hüququ da var.

Qeyd edək ki, Qustavo Blanko Leşukun transfer dəyəri 2,5 milyon avrodu. Bu mövsüm "Malaqa”nın formasıyla Sequndada 10 oyuna çıxanhücumçu 4 qol vurub və məhsuldar ötürmə ilə yadda qalıb.

Fanat.Az

Xəbər lenti