Xəzər Xəbər

"Sabah ən yaxşı oyunlarımızdan birini oynayacağıq" Qurban Qurbanov

İdman | 15:13 • 24 Oktyabr 2018
"Sabah ən yaxşı oyunlarımızdan birini oynayacağıq"
"Qalib gəlmək üçün qol vurmalıyıq"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində "Vorskla" (Ukrayna) ilə qarşılaşacaqları matçdan əvvəl mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı oyunla bağlı bunları deyib:

- Vacib oyuna çıxacağıq. Hər iki komandanın qrupda xalı yoxdur. Komanda tam olaraq hazırdır. Sabah hamımız üçün maraqlı, gərgin oyun olacaq.

- Komandada psixoloji vəziyyət necədir?
- Yaxşıdır, hər şey qaydasındadır.

- "Vorskla" "Qarabağ"ın "diş”inə görə rəqibdir. Hər kəs "Qarabağ"ın bu oyunda qələbə qazanmasını gözləyir. Komandanın üzərində təzyiqlər varmı?
- Yaxşı hazırlaşmışıq. Sabah ən yaxşı oyunlarımızdan birini oynayacağıq.

- Donald Geryenin durumu necədir?
- Yaxşıdır, ancaq tam hazır deyil. Oynama ehtimalı var.

- "Qarabağ" "Vorskla"nın qapısına qol vurmağın yolunu tapıbmı?
- Hələ oynamamışıq, qalib gəlmək üçün qol vurmalıyıq.

- "Qarabağ"ın baş məşqçisi kimi azarkeşlərə nə demək istərdiz?
- İnanıram ki, sabah xeyli sayda azarkeş olacaq.

- "Vorskla" həm "Arsenal"a, həm də "Sportinq"ə qol vurub. Bunun qarşısını almaq üçün planlarınız varmı?
- Vurduqları qolları nəzərdən keçirmişik. Hər bir halda, qazanmaq üçün çalışacağıq.

Xəbər lenti