Xəzər Xəbər

Bizi çox çətin oyun gözləyir - “Qarabağ”ın futbolçusu

İdman | 15:02 • 24 Oktyabr 2018
Bizi çox çətin oyun gözləyir - “Qarabağ”ın futbolçusu
"Videolarını izləmişik..."

"Qarabağ"ın futbolçusu Markos Madera (Miçel) Avropa Liqasında "Vorskla" ilə qarşılaşacaqları oyundan əvvəl fikirlərini bildirib.

XəzərXəbər xəbər verir ki, ispan futbolçu sabah keçiriləcək oyunla bağlı bunları deyib:

- Bizi çox çətin oyun gözləyir. Rəqib haqda yüksək fikirdəyik. Oyunlarını izləmişik. Bizə çətin olacaq, amma özümüzə güvənirik. Oyuna yaxşı hazırlaşmışıq. Məşqlərdə etdiklərimizi oyuna daşıyıb, müsbət nəticə qazanacağıq.

- Rəqibin hansı keyfiyyətlərini qabarda bilərsiz?
- Videolarını izləmişik. Müdafiədə və hücumda kompakt komandadır. "Arsenal"la oyunda hesabda 0:4 geridə olsalar da, iki qol vura bildilər. Özümüzə inanırıq. Ümid edirəm ki, müsbət nəticə qazanacağıq.

"Qarabağ” "Vorskla” ilə sabah Bakı Olimpiya Stadionunda qarşılaşacaq və oyun saat 20:55-də start götürəcək.

Xəbər lenti