Xəzər Xəbər

“Çelsi” klubu Markos Alonso ilə yeni müqavilə imzalayıb

İdman | 13:58 • 24 Oktyabr 2018
“Çelsi” klubu Markos Alonso ilə yeni müqavilə imzalayıb

İngiltərənin "Çelsi” klubu aparıcı müdafiəçisi Markos Alonso ilə müqaviləni uzadıb.


Xezerxeber.az xəbər verir ki, 27 yaşlı ispaniyalı futbolçu daha beş il "Çelsi” klubunun şərəfini qoruyacaq. Klub müqavilənin maliyyə tərəflərini açıqlamayıb.


"Çelsi” klub ilə yeni müqaviləmə görə, çox xoşbəxtəm. Ümidvaram ki, qarşıdakı illərdə də kluba faydalı olacağam”, – deyə ispaniyalı bildirib.


Qeyd edək ki, Markos Alonso "Çelsi” klubuna İtaliyanın "Fiorentina” komandasından 2016-ci ildə transfer olunub.

Xəbər lenti